Onlayn sifariş xidməti

Onlayn sifariş xidməti




Onlayn sifariş xidməti

Həyatımıza sürətli şəkildə daxil olan internet, qısa müddətdə bir çox insanın asılılıq dərəcəsində istifadə etməsinə səbəb oldu. İnternet həyatımızın hər yerində olması ilə birlikdə günümüzdə daha çox rastlaşdığımız digər termin də onlayn sifarişdir. Alış-veriş etməyi sevirsiniz? Təbii ki, sevirsiniz. Yeni geyimlər, son moda ayaqqabılar, çantalar və daha nələr nələr… Heç süphəsiz ki, hər kəs kimi alış-veriş etməyi də sevirsiniz. Bəs, ümumiyyətlə insanı xoşbəxt etdiyi düşünülən alış-veriş fəaliyyətini necə edirsiniz?
Zamanınıza qənaet edin. Dövrümüzün ən vacib problerimdən biri zamanın sürətlə axmasıdır. İnsanların çoxunun vaxtı ev-iş ya da ev-məktəb arasında keçir. Yenə çox insan işlərin çoxluğundan “başını qaşımağa” vaxt tapmadığını deyir. Elə tam bu anda internetdən sifariş bizim köməyimizə çatır. Çünki internetdən alış-verişin ən böyük üstünlüklərindən biri, bizə zaman qazandırmasıdır. Nəticədə, sifariş etmək üçün addım atmağınıza belə gərək yoxdu. Yəni, mağaza-mağaza gəzmək, axtardığınızı tapmaq üçün ordan-ora qaçmaq, alış-veriş mərkəzlərinə getmək üçün vaxt sərf etmək, dəyişmə otaqlarının, kassanın qabağında növbə gözləmək və s. kimi işləri onlayn alisveris zamanı etmirsiniz.



Ölkəmizdə fəaliyyət göstərən mağazaların və istehsalçıların cəmi 15%-I onlayn alış etmək üçün imkan yaradır.Məhz buna görədə digər 75%-ə daxil olan məhsulların alışı zamanı alıcılar çətinliklə qarşılaşırlar. Biz ONESTOP şirkəti olaraq insanların rahatlıqını düşünərək xidmətlərimizin siyahısına onlayn sifariş xidmətinidə əlavə etdik. Onlayn sifariş xidməti nədir? Siz sadəcə almaq istədiyiniz məhsulun çeşidini və ya adını bizə bildirməklə məhsulu almış olursuz.Sifariş etdiyiniz məhsulun mağaza tərəfindən onlayn ödəniş qəbul etmə və çatdırılma xidməti olmasa belə kuryerlərimiz almaq istədiyiniz məhsulu almaq istədiyiniz mağazadan alaraq sizin qapınıza kimi çatdıracaq. Onlayn satış xidməti ilə Yalnızca Bakıda deyil Azərbaycanın istənilən bölgəsindən sifariş verə bilərsiniz.Sifariş verdiyiniz mağazanın isə hansı ölkədə olub-olmadığın heç əhəmiyyətli deyil Dünyanın istənilən ölkəsindən istənilən növ məhsulu sizin üçün qapınıza kimi gətirə bilərik.